Yazılar cəmi: 0
Menyu
Blog Haqqında

Fəqət ürək bəzən dolmalı olanlarla dolur.
O anda, qələm sənin ən yaxşı dostlarından biri kimi imdadına yetişir.
Ürəyin partlamasın deyə onu mürəkkəblə boşaldır...
İddialı deyiləm. İstər yüzdə 70 olsun, istər yüzdə 90, istərsə də yüzdə 30, fəqət nə olsam da yazdıqlarımda özümü hiss edirəm.
Həyata bir başqasının gözlərini kiralamadan baxıram...
Əruza və hecaya ayıracaq vaxt tapa bilmirəm bəzən.
Dostlarım var, dost Bakıda.
Onlar təşəbbüs göstərdilər, doğrusu, mənim də xoşuma gəldi.
Düşüncələri paylaşmaq bütöv düşüncələri ortaya çıxarır.
Hansısa bir sərgidə tabloya baxanda “kaş ki, rəssam buraya bir sarı rəng də qoysa idi” demirəm.
Tablo mənə nə verə bilər, ona baxıram. Tablo kirli olsa da mənə hansı mesajı verir deyə düşünürəm.
Əsərdə özümü deyil, əsərin sahibini axtarıram, əsərdən keyf almağa çalışıram.
Bu seçmə şeirlərdə saçma şeirlər də görəcəksiniz.
Onları da
yaşımın kiçikliyinə və cəhalətimin böyüklüyünə bağışlayın.
Bu qədər yetər, damda qulaq kəsən var...
O ALER!
İstambul
Şah Xətainin doğulduğu günün ildönümü: 17.07.2007
Cavid Mürtəzaoğlu.
Axtarış
Dost bloglar
Açar sözlər
Sayqaç
- İndi blogda: 1
- Keçən ayın hiti: 87
- Dünənki hit: 1
- Bugünki hit: 2
- Ümumi hit: 2106